Əlaqə Arxiv
news Image
2015.08.23
19:00
| A A A
"Neftçi" ispaniyalı hücumçu ilə güclənəcək

"Neftçi" heyətini ispaniyalı hücumçu Antonio Quinta ilə gücləndirəcək. Movqe.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə "Neftçi"nin seleksiya xidmətinin rəisi Bəxtiyar Musayev məlumat verib.

Klub rəsmisi artıq ispaniyalı futbolçunun Bakıya gəldiyini və tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacağını bildirib.İspaniyalı hücumçu Antonio Quinta (Anyete) artıq Bakıdadır. Tibbi müayinədən keçdikdən sonra futbolçu ilə müqavilə imzalanacağı gözlənilir. Bundan əvvəl "Levski" (Bolqarıstan) klubunun formasını geyinmiş Anyete meydana çıxdığı 28 matçda 14 qol vurub. Anyete 2 mövsüm ardıcıl Yunanıstan çempionatında da çıxış edib.


Sizin Reklam Yeriniz