Əlaqə Arxiv
news Image
2015.08.23
20:30
| A A A
Lui van Qaal: "Bizə hücumçu lazım deyil"

İngiltərə Premyer Liqasında cari mövsümə ardcıl 2 qələbə ilə başlayan "Manchester United" ilk xal itksiinə 3-cü turda məruz qalıb. "Old Trafford"da "Newcastle United"i qəbul edən "manikunianlar" qolsuz bərabərliyə razılaşmalı olub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "United"in çalışdırıcısı Lui van Qaal fikirlərini bölüşüb.

"Runi bugün fərqləndi, amma oyundan kənar vəziyyətdə olduğu güman edilib qolu sayılmadı. Şübhəli epizod idi. Qaydalar belədir ki, mübahisəli epizodlarda yan xətt hakimi bayrağını qaldımamalıdır. Amma bu futboldur. Həm həmişə demişəm ki, referi və yan xətt hakimlərinə kömək etmək üçün texnoloji yeniliklərdən istifadə olunmalıdır. Oyundan razı, nəticədən narazı qaldım. Bizə daha bir hücumçu lazım deyil. Bu mövsüm artəq 3 qələbə qazanmışıq".

Holland mütəxəsis Neymarın "United"in transfer hədəfində olması ilə bağlı suala isə cavab verməkdən imtina edib.

"Bu məsələləri müzakirə etmirəm. Siz dünyanın istənilən futbolçusu barədə soruşa bilərsiz, necə ki hər mətbuat konfransında bunu edirsiniz. Mənim də cavabım dəyişməyəcək. Mən "Manchester United"in, sərəncamımda olan futbolçuların və təsisatdakı insanların maraqlarını qorumalıyam".



Sizin Reklam Yeriniz