Əlaqə Arxiv
news Image
2015.08.24
22:30
| A A A
"Chelsea" daha tez tərpəndi və transferi reallaşdırdı"

"Barcelona"nın keçmiş futbolçusu Pedro "Chelsea"yə keçməsi ilə əlaqədar danışıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, təşkil olunan mətbuat konfransında ispaniyalı yarımmüdafiəçi bunları deyib:

"Mən biraz həyəcanlıyam. Nitqimə əvvəlcədən hazırlaşmamışam. "Barcelona"da oynamaq mənim arzum idi. Hər kəsə, xüsusən komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. İniesta, Xavi, Valdes, Puyol, Buskets və digər güclü futbolçulardan çox şey öyrənmişəm. Evimi tərk etdiyim üçün çox şadam. Burada çox xoş anlar yaşamışam. Başa düşürdüm ki, "Barcelona"da kifayət qədər oynmaq şansı qazana bilməyəcəm. İrəlidə yeni sınaq var deyə sevinirəm. "Barca" ilə iyunda müqaviləmi yeniləmişdim. Ümid edirdim ki, klubda qalaram. "Barcelona" dünyanın ən yaxşı klubudur. Amma daha çox oynamaq şansı əldə edəcəyim komandaya keçmək istədim. İlk öncə "Chelsea" forması geymək qəribə gəldi. Çünki "Barcelona"nı tərk etməyi heç vaxt düşünmürdüm. Ötən mövsüm mənim üçün yaxşı keçmədi. Rəqabət yüksək olduğundan meydana az çıxdım. "Chelsea"də məni yaxşı qarşıladılar. Con Terri əla kapitandır. Mənə qarşı bir neçə ingilis klubu maraq göstərdi: "Manchester City", "Manchester United", "Stoke City". Amma "Chelsea" daha tez tərpəndi və transferi reallaşdırdı. Mourinyo ilə söhbət etdim. O, mənə zəng etdi. Danışıq xoşuma gəldi və Joze məni London klubuna gəlməyə inandırdı".


Sizin Reklam Yeriniz