Əlaqə Arxiv
news Image
2015.08.29
20:00
| A A A
"Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş"

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasında J qrupunda "Tottenham", "Anderlecht" və "Monaco" ilə pley-offa vəsiqə uğrunda mübarizə aparacaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkatmanın nəticələri barədə bunları deyib:

"Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq".

Sizin Reklam Yeriniz