Əlaqə Arxiv
news Image
2015.09.04
19:40
| A A A
"United" rəhbərliyində təcrübə çatışmır

"Real"ın prezidenti Florentino Perez David de Xeanın baş tutmayan transferində "Manchester United"i ittiham edib.Movqe.az  Goal.az-a istinadən xəbər verir ki, Perez "manikunianlar"ın rəhbərliyində təcrübənin çatışmadığını bildirib.

"De Xea çox məyusdur. O, həqiqətən, "Real"a keçmək istəyirdi. Biz lazımi sənədləri 13:30-da qarşı tərəfə göndərmişdik. Amma onlar sənədləşməni həyata keçirmək üçün 8 saat vaxt sərf etdilər. Həqiqətən, danışıq aparmaq istəyirdilərsə, nəyə görə məsələni bu qədər uzatdılar? "United"lə yaxşı münasibətlərimiz var. Kasilyas həmişə De Xea haqqında yüksək fikirdə olub. İşin belə gətirməsi biraz anlaşılmazdır. Amma heç kimi günahlandırmıram. Görünür ki, onların rəhbərliyində kifayət qədər təcrübə yoxdur. Eyni vəziyyət ötən il də yaşandı. Fabio Koentraonun keçidi alınmadı. Erreranın transferi isə, az qala pozulacaqdı".

Sizin Reklam Yeriniz