Rövnəq Abdullayev: "Nəticədən narazıyam"
AFFA Prezidenti Rövnəq Abdullayev Avro-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Malta ilə qarşılaşan milli komandamızın oyunundan sonra fikirlərini bölüşüb.
Movqe.az Goal.Az-a istinadən xəbər verir ki, 2:2 hesabıyla bitən oyun barədə AFFA prezidenti belə danışıb:
"Komandamız pis oynamadı.Çalışdıq, lakin qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün biz 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı qol şanslarımız olsa da, bundan yararlana bilmədik".