Əlaqə Arxiv
news Image
2015.09.07
13:05
| A A A
Komandamız birinci pillədə qərarlaşıb

"Elit Atçılıq və Polo" klubunda Beynəlxalq Polo Federasiyasının (BPF) arena polo üzrə birinci Avropa çempionatı davam edir. 

Movqe.az Goal.az-s istinadən  xəbər verir ki, sentyabrın 6-da çempionatın üçüncü günündə Azərbaycan komandası növbəti dəfə azarkeşlərini sevindirib. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil edilən yarışda Azərbaycan və İrlandiya komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan yığması görüşdə inamlı oyun nümayiş etdirərək güclü rəqibə 7:4 hesabı ilə qalib gəlib. Günün digər görüşündə İsveçrə millisi İtaliya yığmasından 11:1 hesabı ilə üstün olub. Almaniya seçməsi İspaniya komandası üzərində 8:5 hesab ilə qələbə qazanıb. Polo ustalarımız çempionatın ilk turunda Almaniya komandasını 9:7, ikinci turunda İtaliya seçməsini 12:6 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra üç qələbə qazanan Azərbaycan komandası turnir cədvəlində birinci yerdədir. Sentyabrın 10-12-də komandalar ot örtüyü olan açıq manejdə yarışacaqlar. Növbəti turda Azərbaycan komandasının rəqibi İsveçrə millisi olacaq. Görüş sentyabrın 10-da başlayacaq. Avropa çempionatında bombardirlər siyahısına Azərbaycan komandasının üzvü Silvester Qarros başçılıq edir. Altı turdan ibarət yarışda qalib komanda sentyabrın 12-də müəyyənləşəcək.



Sizin Reklam Yeriniz