Əlaqə Arxiv
news Image
2015.09.09
18:16
| A A A
Millimizinin heyəti açıqlanıb

İtaliyada keçiriləcək dünya çempionatında iştirak edəcək stend atıcılığı üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, sentyabrın 9-dan 18-dək İtaliyanın Lonato şəhərində təşkil olunacaq çempionatda ölkəmizin idman şərəfini səkkiz idmançı qoruyacaq. Komandamızın baş məşqçisi Hafiz Cəfərov "Rio-2016"ya da lisenziya xarakteri daşıyacaq yarışda Paşa Əhədpur, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova, Əli Hüseynli və Elvin İsmayılova şans verəcək. Həmçinin, gənclərin yarışında Niyaz Ağazadə və Əlimirzə Quliyev hədəf önünə keçəcəklər. Çempionatda 92 ölkədən 807 idmançının iştirak edəcəyi bildirilir.

Sizin Reklam Yeriniz