Əlaqə Arxiv
news Image
2015.09.14
12:27
| A A A
Samir Əliyev: "Rəvan” ikinci hissədə bizə problem yaratdı"

"Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda "Xəzər Lənkəran" və "Qarabağ"la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi".Movqe.az Goal.az-a istinadən məlumat  verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Rəvan"a qalib gəldikləri (3:1) matçdan sonra deyib. Əliyev daha sonra bunları söyləyib:

"İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra "Rəvan" ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, "Rəvan" çox komandanın başını ağrıdacaq.Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. "Xəzər Lənkəran"ın gənc oyunçuları da yaxşı təsir bağışlayır. Vüqar Nadirov gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları Azərbaycan futboluna qazandıraq".


Sizin Reklam Yeriniz