Əlaqə Arxiv
news Image
2015.09.16
18:08
| A A A
"United"də balans daha da itirilib"

"Manchester United"in keçmiş futbolçusu Pol Skoulz komandada olan çatışmazlıqdan danışıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis "qırmızı şeytanlar"ın zəif hücum xəttinə malik olduğuna diqqət çəkib.

"United"in problemi ondadır ki, onlara qol çatışmır. Bu qolların zəmanəti olan dünya səviyyəli hücumçuların yeri görünür. Ötən mövsüm Van Qaal deyirdi ki, komandada balans çatışmır. İndi top-forvardın olmadığı bir şəraitdə balans daha da itirilib. Yayda 3-4 forvardı buraxdılar. Əgər Van Persi və ya Hernandezi saxlasaydılar, daha yaxşı olardı. Martial isə sonradan meydana çıxıb rəqibə təhlükə yarada bilərdi. Fikrimcə, bu, rəhbərliyin səhvidir. Qalan şeylərdə komandanın oyunu optimist məcrada davam edir".

Sizin Reklam Yeriniz