Əlaqə Arxiv
news Image
2015.09.16
19:15
| A A A
Arda Turan: "Galatasaray"lı olmasaydım..."

"Barcelona" və Türkiyə millisinin futbolçusu Arda Turan maraqlı açıqlamalar verib. Movqe.az-ın məlumatına görə yarımmüdafiəçi bir sıra məsələlər haqqında "Akşam" qəzetinə danışıb.

"Galatasaray"dan gedişim mübhisəli idi. Pis oyunlarımın sayı toplam 3 belə olmazdı. Hələ 23 yaşında olarkən bütün şöhrətə və pula sahiblənmişdim. Xaricdə oynamağa üstünlük verdim. O dönəm "Fenerbahçe" məni çox istədi. Əgər "Galatasaray"lı olmasaydım, "Fenerbahçe" ilə 50 dəfə anlaşmışdım. Aziz Yıldırımla aram yaxşıdır. Hər qarşılaşdığımız zaman söhbətləşirik. Hazırda xəyallarımın klubundayam. "Atletico"ya gələndə daha çox həyəcanlanmışdım. İndi özümə çox güvənirəm. "Barca"ya transfer olanda baş məşqçi Luis Enrike mənə çox ehtiyacı olduğunu söylədi. Əvvəlcədən başqa kluba icarəyə göndərilməyimə qarşı çıxdı. Bunu özüm də istəmədim. Yoxsa, ciddi təkliflər alırdım. "Barcelona" məktəb kimidir. Hər gün yeni bir şey öyrənirəm. Barselona şəhəri isə kosmopolitdir. Hər cür insana rastlamaq mümkündür. Buraya dünyanın hər yerindən turist gəlir. Madriddə də müxtəlif tipli insanlar var. Barselonadakı evim gözəl yerdədir. Orada evlərin qiyməti 10-30 milyon avro arasında dəyişir. Klubun bazası və stadiondan 10 dəqiqəlik məsafədə yerləşir. Çox xoşbəxt olanda İnstagram-da paylaşım edirəm. İspan dilini öyrənirəm. İngiliscəni də irəlilətmişəm. Hər kəs məndən "Galatasaray" - "Atletico" matçına niyə gəlmədiyimi soruşur. Niyə gəlməliyəm? Mən "Barcelona"nın futbolçusuyam. Xüsusi icazə ilə matç izləmək üçün getmək kimi bir şey yoxdur. Burada hər gün müntəzəm məşq edirəm. Yalnız Hamza hoca və Selçuk İnana "Atletico"nun zəif tərəfləri haqqında danışmışam. Onların möhtəşəm futbolçuları var. Amma oyun sisteminə bağlı komandadır. İstədiyi hesabı reallaşdırmağa çalışır və oyunu öz isədiyi kimi aparır".

"Hollandiya millisi ilə oyundakı üz ifadəm barədə soruşanlar olur. Latviya ilə matçda çox yorulmuşdum. Həyatımda bu qədər yorulduğumu xatırlamıram. Oyunun səhərisi tərpənə bilmirdim. Hollandiya ilə ikinci hissənin ortasına kimi meydanda oldum. Latviya matçından sonra psixoloji cəhətdən sınmışdıq. Komanda yoldaşlarımdan yaxşı əhval-ruhiyyədə olmağı istədim. Qələbə sayəsində qrupdan çıxmaq şansımız 70%-ə yüksəldi".

"Türkiyəyə nə vaxt getsəm, maqazin nəşrlərinin ilk səhifəsində oluram. Nərd oynayıram, dondurma yeyirəm qarşımda bir maqazin müxbiri oturur. Mənim üçün xoş olmasa da, bir dəfə belə "çəkməyin" deyib onlara qarşı kobudluq etməmişəm. "Barcelona"da oynayıram. Yaxşı futbol karyeram var. Maqazin xəbərlərinin mövzusu olmağım normaldır. Dünyanın hər yerində belədir".


Sizin Reklam Yeriniz