Əlaqə Arxiv
news Image
2015.09.18
13:37
| A A A
"Az qalmışdı "Borussia" ilə heç-heçə edək"

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda mübarizə aparan "Krasnodar" Dortmund səfərində "Borussia"ya 1:2 hesabıyla məğlub olub. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, matçdan sonra Rusiya klubunun baş məşqçisi Oleq Kononov oyun barədə fikirlərini bölüşüb.

"Borussia"dan belə təzyiq gözləyirdik. Biz özümüz də bu cür oynamaq istəyirdik. Amma təzyiq və hücumda meydan sahibləri daha üstün idi. Amma matçda müəyyən üstünlüyümüz də oldu. Məsələn, topa nəzarət, hücumlar. Oyun final fitinə qədər davam edir. Az qalmışdı heç-heçə edək. Ayrı-ayrı futbolçuların oyununa şərh vermək istəmirəm. Bütün komandanı əzmkarlığına görə alqışlayıram".

Sizin Reklam Yeriniz