Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, III mərhələdə mübarizəni davam etdirən 3 qrossmeysterimiz də ikinci görüşlərinə çıxıblar. Həmyerlilərimizdən Şəhriyar Məmmədyarov Seturamanla cavab matçında heç-heçə etsə də, ilk qarşılaşmadakı qələbə mərhələ adlaması ilə nəticələnib. Teymur Rəcəbov isə növbəti dəfə heç-heçə edib. O, Peter Svidlerlə ikinci görüşündə də xalı yarı böldüyündən mübarizəni tay-brekdə davam etdirəcək. Onlardan fərqli, Qədir Hüseynov Dünya Kuboku ilə vidalaşıb. Birinci oyunda Dinq Lirenlə heç-heçə edən qrossmeysterimiz bu dəfə məğlub olub.Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.
Dünya Kuboku
1/16 final, cavab oyunları
Teymur Rəcəbov (Azərbaycan)- Peter Svidler (Rusiya) - 0,5:0,5
İlk oyun: 0,5:0,5
Qədir Hüseynov (Azərbaycan) - Dinq Liren (Çin) - 0:1
İlk oyun: 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Seturaman (Hindistan) - 0,5:0,5
İlk oyun: 1:0