Əlaqə Arxiv
news Image
2015.09.19
17:00
| A A A
Taekvandoçularımız mübarizəyə başlayıb

Bu gün Türkiyənin Samsun şəhərində taekvondoçular arasında beynəlxalq qran-pri turniri başlayıb.Movqe.az Goal.az-a isitnadən məlumat  verir ki, Yaşar Doğu İdman Zalında təşkil olunan yarış olimpiya çəkiləri üzrə keçirilir və Rio-2016-ya lisenziya xalları verir. Bu rəqabətdə millimiz də mübarizə aparır. Baş məşqçi Rza Mehmandostun rəhbərliyi ilə bizdən 4 idmançı çıxış edir. İlk yarış günündə 2 idmançımız döyüşə çıxıb. Radik İsayev (+80) 1/16 finalda Arazın o tayından olan Marşall Armana 2:5 hesabı ilə məğlub olub. Fəridə Əzizova (67 kq) startda iranlı Şükrəneh İzadini üstələsədə (1:0), türkiyəli İrəm Yamana uduzub – 0:1. Sabah Patimat Abakarova (49 kq) mübarizəyə qoşulacaq. Birisigün Ayxan Tağızadə (68 kq) bəxtini sınayacaq.

Sizin Reklam Yeriniz