Əlaqə Arxiv
news Image
2015.09.21
12:10
| A A A
Qurban Qurbanov: "Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq"

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Kəpəz" – "Qarabağ" oyunu qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşdı. Stadium.az xəbər evrir ki, "Qarabağ"ın bax məşqçisi Qurban Qurbanov oyun haqda belə danışıb:

"İlk növbədə "Kəpəz"ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm. Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, "Kəpəz" Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq".


Sizin Reklam Yeriniz