Əlaqə Arxiv
news Image
2015.09.21
22:00
| A A A
"Galatasaray"ın hücumçusu sıradan çıxıb

"Trabzonspor"la maçtda zədələnərək meydanı xərəkdə tərk edən Burak Yılmazdan "Galatasaray" üçün pis xəbər gəlib.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, türk hücumçu ən azı 1 ay meydana çıxa bilməyəcək. Onun sağ aşağı ətrafındakı əzələdə yırtıq aşkarlanıb. "Sarı qırmızılılar" "Gaziantepspor", "Astana", "Başakşehir", "Gençlerbirliği", "Benfica" və "fenerbahçe" ilə oyunlarda Burakın xidmətindən istifadə edə bilməyəcək. Zədəsini sağaldan Aurelien Şedcu isə bu həftədən ümumi qrupla məşqlərə başlayacaq.

Sizin Reklam Yeriniz