Əlaqə Arxiv
news Image
2015.09.27
22:00
| A A A
"Qiqqsin başqa kluba getməsinə ehtiyac yoxdur"

Aleks Ferqyusson "Manchester United"ə qazandırdığı Rayan Qiqqs barədə fikirlərini bölüşüb. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, əfsanəvi məşqçi onun klubda kifayət qədər təcrübə topladığına diqqət çəkib.

"Fikrimcə, Rayan gözəl məşqçi olmaq üçün bütün imkanlara malikdir. Deyirlər ki, təcrübə qazanmaq üçün "United"in məşqçilər koprusunu tərk etməli olacaq. Amma Qiqqs lazımi təcrübəni Van Qaalla, daha əvvəl isə Moyeslə çiyin-çiyinə çalışmaqla elə "Manchester United"də qazanır. Rayanın başqa kluba getməsinə ehtiyac yoxdur. Van Qaal karyerasını 2017-ci ildə başa vuracağını deyib. Buna əmin deyiləm. MU ruhuna hopmuş adama oanı tərk etmək çətindir".


Sizin Reklam Yeriniz