Əlaqə Arxiv
news Image
2015.09.29
18:20
| A A A
Dünya Çempionatında 9 boksçumuz rinqə çıxacaq
Oktyabrın 6-da Qətərdə boks üzrə Dünya Çempionatı start götürəcək.

Oktyabrın 6-da Qətərdə boks üzrə Dünya Çempionatı ( DÇ) start götürəcək. Movqe.az-ın məlumatına görə turnirdə 73 ölkədən 260 "rinq ustası" DÇ-ın qızıl medalları uğrunda mübarizə aparacaq. Ölkəmizi mundialda 9 boksçu təmsil edəcək.Diqqət çəkən məqam isə, mundialda iştirak edəcək boksçularadan yalnız 23-nün gələn il Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya oyunlarına lisenziya qazanacağıdır. 49, 52, 81 kq. çəki dərəcələrində finalçılar, 56, 60, 64, 69, 75 kq. çəki dərəcələrində ilk 3 yeri tutan, 91 və 91+ kq. çəki dərəcəsində isə qaliblər Yay Olimpiya oyunlarına lisenziya qazanacaq.

İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov 91+ kq. çəkidərəcəsində titulunu qorumağa çalışacaq.Artıq Olimpiadaya vəsiqəni təmin edən Albert Səlimov isə 60 kq. çəki dərəcəsində "yumruq oynadacaq". Ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının qalibləri Pərviz Bağırov, Teymur Məmmədov və Əbdülqadir Abdullayev müvafiq olaraq 69, 81, 91+ kq. çəki dərəcələrində ölkəmizin himnini səsləndirməyə çalışacaq. Avropa Çempionumuz Elvin Məmişzadə isə 52 kq.-da ona bəslənən ümidləri doğrultmalıdır. Ən yüngül çəkilimiz Rüfət Hüseynov isə 49 kq. çəki dərəcəsində rəqiblərinə başağrısı olmalıdır. Nəhayyət Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev 56 kq.-da yarışacaq. Bakıda keçirilən Birinci Avropa Oyunlarında ölkəmizi 11 boksçu təmsil edib. 11 boksçudan 9 medal qazanmağı bacarıb.

Sizin Reklam Yeriniz