Əlaqə Arxiv
news Image
2015.10.07
13:18
| A A A
Azərbaycan kubokunun püşkü atılacaq

Azərbaycan kubokunun 2015/16 mövsümü üçün püşkü bu gün atılacaq.

Movqe.az Goal.az-a isitnadən  məlumat verir ki, mərasim saat 12:00-da AFFA-nın binasında baş tutacaq.

Bu mövsümdə Azərbaycan kuboku uğrunda 19 komanda mübarizə aparacaq. Komandaların 10-u Premyer Liqa, 9-u isə I divizionun təmsilçiləridir.

Azərbaycan kubokunun iştirakçıları bu komandalardır: "Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt", "Rəvan", "Kəpəz", "Zirə","Bakı", "Neftçala", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Şəmkir", "Mil Muğan", MOİK, "Şərurspor"dur. I divizionun digər 5 komandası – "Energetik", "Göyəzən", "Bakılı", "Ağsu" və "Zaqatala" isə yarışa qatılmayacaq.

Yarışın ilk mərhələsində - 1/16 finalda aşağı dəstənin 6 komandası 3 cüt təşkil edəcək. Qalib komandalar digər 13 komanda – Premyer Liqanın 10, I divizionun 3 komandası ilə birlikdə 1/8 final cütlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, 1/16 final mərhələsinin qarşılaşmaları oktyabrın 14-də baş tutacaq.


Sizin Reklam Yeriniz