Əlaqə Arxiv
news Image
2015.10.17
18:30
| A A A
​"Xəzər Lənkəran"ın stadionu su altında qalıb

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Xəzər Lənkəran" - "AZAL" komandaları arasında qarşılaşma təxirə salına bilər.

Movqe.az-ın Goal.az-a isitnadən məlumatına görə, səbəb dörd gündür yağan aramsız yağışların şəhər stadionunu bərbad vəziyyətə salmasıdır.

Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Sabah AFFA nümayəndələri Lənkərana gedərək stadiondakı ümumi vəziyyətlə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.

"Xəzər Lənkəran" - AZAL görüşünün oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.


Sizin Reklam Yeriniz