Əlaqə Arxiv
news Image
2015.10.23
05:00
| A A A
UEFA Millimizin rəqibini cəzalandırdı

UEFA-nın İntizam Komitəsi Moldova Futbol Federasiyasını cəzalandırıb.

Goal.azxəbər verir ki, buna səbəb AVRO-2016-nın seçmə qrup mərhələsində Moldovada Rusiya yığmasına qarşı keçirilən oyunda yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və irqçi şüarlar səsləndirməsi olub. 15 min avro cərimə ilə yanaşı, Moldova yığmasının növbəti ev oyununda stadionun azarkeş sektorlarından birinin bağlanması qərara alınıb.

Xatırladaq ki, moldovalı azarkeşlər tribunalarda olarkən təhqiredici mahnılar, siyasi şüarlar səsləndirib və siyasi əhəmiyyət daşıyan pankartlar açıblar. Fanatlar həmçinin, öz sektorlarına qadağan olunmuş simvollar yerləşdiriblər.

Moldova millisi noyabrın 17-də Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.


Sizin Reklam Yeriniz