Rəşad Sadıxov diqqət mərkəzində
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiya (İFFHS) altı
qitənın ən məşhur məşhur futbolçularının siyahısı açıqlayıb.
Avropanın ən tanınmış 80 futbolçusu arasında həmyerlimiz, milli
komandamızın kapitanı Rəşad Sadıqov da var. "Qarabağ"ın üzvü
siyahıda 43-cü yeri tutub. Sevindirici haldır ki, Rəşad
populyarlığına görə, sıralamada Sami Xedira ("Real", Almaniya
millisi), Sami Handanoviç ("İnter", Sloveniya millisi), Erik Abidal
("Barselona", Fransa millisi), Aryen Robben ("Bavariya", Hollandiya
millisi), Xuan Mata ("Mançestr Siti", İspaniya millisi), Dmitar
Berbatov ("Fulhem", Bolqarıstan millisi), Nani ("Maçnestr
Yunayted", Portuqaliya millisi), Robert Levandovski ("Borusiya"
Dortmund, Polşa millisi), Eşli Koul ("Çelsi", İngiltərə millisi),
Robbi Kin ("Los Anceles Qalaksi", İrlandiya millisi) kimi ulduzları
qabaqlayıb.