"Qəbələ"nin keçmiş futbolçusu vətəninə qayıtdı
"Qəbələ"dən ayrılan Fakundo Pereyranun yeni iş yeri müəyyənləşib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, PAOK argentinalı forvardı yenə icarəyə verib. O, bu dəfə vətənində çıxış edəcək. Belə ki, Pereyra icarə əsasında "Rasing" klubunda çıxış edəcək. Pereyra "Qəbələ"də 20 oyun keçirib və 5 qol vurub