Türkiyənin "Galatasaray" klubunun Konqres üzvü olan azərbaycanlı iş adamı Bəxtiyar Muradovun çantasını oğurlayan şəxs yaxalanıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı biznesmen şəxsi "facebook" səhifəsində yazıb.Oğru ilə bu gün məhkəmədə üz-üzə gələcəəyini bildirən B.Muradov ona dəstək olan bütün media nümayəndələrinə və təhlükəsizlik xidməti əməkdaşlarına minnətdarlığını bildirib.Hadisə Antalyanın Muratpaşa qəsəbəsindəki iş adamının öz restoranında baş verib. B.Muradov yemək almağa gedərkən, stolun üzərinə qoyduğu çantası oğurlanıb. Çantada "Galatasaray Store" mağazasının iki günlük gəliri məbləğində - 10 min lirə pul, 20 min lirə dəyərində zərgər məmulatları, kompüter və önəmli məlumatların toplandığı disk olub. Qarət anbaan kameralara düşüb.