Əlaqə Arxiv
news Image
2016.01.07
14:50
| A A A
Azərbaycan yığması FİFA reytinqində irəliləyib
Siyahıya 1494 xalla Belçika başçılıq edir

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Hazırda 296 xala malik yığma 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığma 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olub. Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 4-də açıqlanacaq.


Sizin Reklam Yeriniz