"Neftçi"nin veteran futbolçusu vəfat edib
Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev bu gün dünyasını dəyişib. Movqe.az-ın Trend-ə istiadən məlumatına görə, "Neftçi"nin sabiq yarımmüdafiəçisi V.Hacıyev uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.Qeyd edək ki, V.Hacıyev 1966-cı ildə SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanıb. O, bir müddət 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi də olub.