Əlaqə Arxiv
news Image
2012.11.19
15:49
| A A A
Azərbaycan yığması Minskdə ikinci yeri tutub

Belarusun paytaxtı Minskdə olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr olunmuş XIX beynəlxalq turnir başa çatıb. Apasport.az saytının xəbərinə görə, yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda iştirak edib.

Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxstan, Polşa və Belarusu təmsil edən iki komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparıb.

Azərbaycan yığması Polşa, Litva və Belarus-1 komandaları ilə "B" yarımqrupunda mübarizə aparıb. Qrupda bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanıb. Finalda rəqib "A" yarımqrupunun birincisi olan Rusiya təmsilçiləri olub. Final görüşünü 5:2 hesabı ilə uduzan güləşçilərimiz turniri ikinci sırada tamamlayıb. Rusiya birinci, Belarus-1 komandası isə üçüncü olub.

Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq), Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edib.

Sizin Reklam Yeriniz