Əlaqə Arxiv
news Image
2016.02.02
11:10
| A A A
Messi Rio Olimpiadasından kənarda qaldı

Lionel Messi 2016 Rio Olimpiadasında iştirak etməyəcək. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, Argentina millisinin baş məşqçisi Xerardo Martino ulduz futbolçunun U-23 yığması ilə Braziliyaya aparılmayacağını bildirib. "Millinin bu təqvim ilində oyunları çoxdur. Bizi Amerika Kuboku, Olimpiada və 2018 DÇ-nın 4 seçmə mərhələ oyunu gözləyir. "Barcelona"nın oyun qrafiki də sıxdır. Mən Olimpiya oyunlarında qalib gəlmək istəyirəm. Amma hər şeyi qurban verməklə yox. Futbolçularımı meydana atıb onları öldürməyə hazırlaşmıram".Messi 2008-ci ildə Pekin Olimpiadasının qalibi olub.

Sizin Reklam Yeriniz