Əlaqə Arxiv
news Image
2016.02.02
11:13
| A A A
Holland müdafiəçi karyerasını başa vurdu

"Ajax"ın müdafiəçisi Conni Heytinqa karyerasını başa vuracaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı holland "Ajax"ın akademiyasında məşqçi kimi çalışacaq. Onunla bu məsələdə qısamüddətli müqavilə imzalanıb."İstəyim karyeramın son illərini "Ajax"da keçirmək idi. Dekabrda futbolçu karyeramı bitirməyin vaxtı gəldiyini anladım. Həyatımda yeni səhifə açmaq istəyirəm" - Heytinqa deyib.O, futbolçu kimi "Atletico", "Everton", "Fulham" və "Hertha Berlin"in formasını da geyinib. Hollandiya millisinin heyətində 87 oyuna çıxan müdafiəçi 7 dəfə fərqlənib. O, 2010-cu ildə "narıncılar"la dünya çempionatının gümüş medalına sahib çıxıb.

Sizin Reklam Yeriniz