Əlaqə Arxiv
news Image
2016.02.02
12:45
| A A A
Messi və Neymar "çoxalır"

Dünyanın ən tanınmış futbolçuları arasında ilk pillələrdə olan Messiylə Neymarın adları verilən yeni doğulan uşaqların sayı durmadan artır.Movqe.az Goal.az-a   istinadən xəbər verir ki,  2014-cü ildə sadcə ABŞ-da 498 uşağa Neymar adı verilib. 3936 yeni doğlana Leo, 387-nə isə Lionel adı verilib.Məlumatda bildirilir ki, bu komandanın futbolçularının adı planetin hər yerində insanlar tərəfindən övladlarına verilir. Kosta Rikada isə 2014-cü ildə 349 uşağa Neymar, Peruda 471, Meksikanın 4.5 milyon əhalisi olan Nuevo Leon şəhərində 329 uşağa Neymar adı verilib.Maraqlıdır ki, Boliviyanın paytaxtı La Pazda hər yeni doğulan 5 oğlan körpədən birinə Neymar adı verilir.İngiltərədə Leo adı ən populyar 57-ci ad olub. Çünki o zaman İngiltərənin baş naziri Toni Bleyer oğluna Leo adı vermişdi. 2014-cü ildə isə İngiltərədə ən populyar 16-cı ad Leodur. Məhz iki il əvvəl İngiltərədə 3414 azyaşlıya Leo adı verilib.Messi "Barsa" formasıyla ilk oyununa çıxanda Barselona şəhərində Leo adında cəmi 11 körpə olub. 2014-cü ildə isə bu say 422 olub. Məhz iki il əvvəl ABŞ-da 3936 uşağa Leo, 387-nə isə Lionel adı verilib.

Sizin Reklam Yeriniz