Əlaqə Arxiv
news Image
2016.02.05
18:10
| A A A
Türk mətbuatı "Mirkamil Haşımlının dramı"ndan yazdı

Türkiyə mətbuatı "Rəvan"ın futbolçusu Mirkamil Həşimli haqqında yazıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, milliyyet.com.tr saytında yer alan "Mirkamil Haşımlının dramı" başlıqlı yazıda bir zamanlar "Fenerbahçe"də oynayan futbolçunun gələcəyin ulduzları arasında göstərilsədə indiki vəziyətinin ürəkaçan olmadığı qeyd olunub: "Fənərbaxça"da gələcəyin ulduzlarına namizədlər arasında göstərilən Mirkamil Həşimli Azərbaycanda forma belə geyə bilmir. Bir qarın yeməyə oynayır"."Bir zamanlar "Fənərbaxça"da forma geyən Mirkamil Həşimli indi Azərbaycanda belə oynamaqda çətinlik çəkir. Azərbaycan Premyer Liqasında sonuncu pillədə yer alan "Rəvan"ın şərəfini qoruyan 19 yaşlı futbolçu ehtiyyat oyunçular skamyasına məhkum oldu. Gənc futbolçunun Azərbaycanda qarın çörəyinə oynadığı məlum olub. Oyunçunun illik maaşının 6000 dollar olduğu, "Rəvan" I Diviziona düşərsə bu maaş yarıbayarı azalacaq". Yazıda futbolunun "Fenerbahçe"nin əzəli rəqibi "Galatasaray"la arasındakı münasibətlərdə müsbət rolu olduğu da diqqətə çatdırılıb: "Mirkamil 2006-cı ildə "Fenerbahçe"da ilk addımını atdı. U-15 liqasında "Galatasaray"la matçda zədələnmişdi. Sol ayağı qırılan Mirkamili "sarı-qırmızılar" ziyarət etmişdi. Bu olay böyük marağa səbəb olmuşdu və əzəli rəqabətdə son illərin ən önəmli centilmenlik göstərisi kimi qəbul olunmuşdu".

Sizin Reklam Yeriniz