Əlaqə Arxiv
news Image
2016.02.08
14:45
| A A A
Rəşad Sadıqovdan daha bir örnək addım

Ötən gün Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qarabağ" – "Xəzər Lənkəran" oyununda maraqlı olay yaşanıb.Movqe.az Goal.Az-a istinadən xəbər verir ki, qarşılaşmanın 63-cü dəqiqəsində Rəşad Sadıqovla Tural Qürbətov arasındakı ikili mübarizədə top meydanı tərk etdi. Bu zaman yan xat hakimi Azər Əsgərov "Qarabağ"ın lehinə qərar verdi. Tural isə buna etiraz etdi.Bu zaman "Qarabağ"ın kapitanı Rəşad Sadıqov yan xat hakiminə topun ondan meydanı tərk etdiyini bildirdi:"Azər, top məndən çıxdı, məndən çıxdı, hə". Ancaq hakim qərarını dəyişmədi. Bir qədər sonra isə yan xat hakimi Azər Əsgərov "Xəzər Lənkəran"lı futbolçu Tural Qürbətovu səsləyərək səhv qərar verdiyi üçün ondan üzr istədi.

Sizin Reklam Yeriniz