Əlaqə Arxiv
news Image
2016.02.10
13:18
| A A A
"Burakın Çinə gedəcəyini gözləmirdim"

Bir müddət "Galatasaray"da forma geyinən Nordin Amrabat eks komanda yoldaşı Burak Yılmazın Çinə getməsinə münasibət bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi bundan təəccübünü gizlətməyib."Burakın Çinə gedəcəyini gözləmirdim. Yəqin, nəsə baş verib. O, "Galatasaray"da xoşbəxt idi. Ona "İstanbul kralı" deyə bilərəm. Əsas heyət oyunçusu, maaşı da yaxşı idi. Türkiyədə həyatı pis keçmirdi. "West Ham United"ə keçə bilərdi, amma onlar Emenikeni seçdilər. Emenike, əslində yaxşı hücumçudur. Futbol üçün yaşarsa, keyfiyyətlərini göstərə bilər".

Sizin Reklam Yeriniz