Əlaqə Arxiv
news Image
2016.02.13
20:00
| A A A
Ameobi 3-cü divizion klubuna keçib

Nigeriya millisinin keçmiş futbolçusu Şola ameobi karyerasını İngiltərə çempionatının 3-cü divizionunda davam etdirəcək. Movqe.az  Goal.az-a istinadən  xəbər verir ki, 34 yaşlı hücumçu "Fleetwood Town" klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Ameobinin son klubu Championship-də mübarizə aparan "Bolton" olub. Ötən ilin oktyabrında klubla qısamüddətli müqavilə balayan Ameobi yanvarda azad agent statusu qazanmışdı. Üçüncü divizion təmsilçisinə gedənədə qədər nigeriyalı forvard "Gaziantep BB" və "Crystal Palace"in şərəfini də qoruyub. Ameobinin futbolçu karyerası əsasən "Newcastle United"lə bağlıdır. 1995-ci ildən klubun strukturunda peyda olan futbolçu 2014-cü ilə qədər "sağsağanlar"ın uğurları üçün çalışmışdı.

Sizin Reklam Yeriniz