Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 komanda meydana çıxacaq.
Portuqaliyanın "Benfica" klubu doğma azarkeşlər önündə Rusiya "Zenit"ini qəbul edəcək. Komandalar bugünədək qitənin ən nüfuzlu klub turnirində 4 dəfə qarşılaşıblar. Bu qarşılaşmaların 3-ü Rusiya, 1-i isə Portuqaliya təmsilçisinin qələbəsi ilə başa çatıb. "Zenit" 7, "Benfika" isə 4 qol vurub.
Gecənin digər oyunu isə Fransada PSJ-si ilə İngiltərə "Chelsea"si arasında baş tutacaq. Çempionlar Liqasında 6 dəfə qarşılaşan komandalar 3 oyunda meydanı "sülh"lə tərk ediblər. Qalan 3 matçdan 2-si London, 1-i isə Paris klubunun qələbəsi ilə başa çatıb. Rəqib qapısına 9 qol vuran "zadəganlar" 8 dəfə topu tordan çıxarıb.
Çempionlar Liqası, 1/8 final
16 fevral
23:45. "Benfica" (Portuqaliya) - "Zenit" (Rusiya)
Lissabon. "Eştadiu da Luj".
23:45. PSG (Fransa) - "Chelsea" (İngiltərə)
Paris. "Park de Prens".