Futbolçunun çantası hava limanında oğurlanıb
Avropa Liqasının 1/16 final mərhələsində baş tutan "Shakhtar" - "Schalke" oyunu qolsuz başa çatsa da, matç ərəfəsində qonaqların futbolçusu Dennis Aoqo başına gələn hadisə ilə diqqət mərkəzinə düşüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki Köln hava limanında mətbuata açıqlaması zamanı onun əl çatnası oğurlanıb. Lvova uçuşdan öncə müdafiəçinin "Louis Vuitton" çatnası - passport və netbuku oğurlanıb. İlk öncə reklam lövhəsinin arxasına qoyduğu çatnanı tapmayan Aoqo bunu komanda yoldaşlarının zarafatı hesab edib. Daha sonra o, polislə birlikdə təhlükəsizlik kameralarına baxıb. Çanta ortaya çıxmasa da, içindəki pasport, kitab, açarlar isə avtomobil parkının yanında tapılıb.