Əlaqə Arxiv
news Image
2016.02.21
23:00
| A A A
Roman Qriqorçuk: "Bu qələbəyə heç kimin şübhəsi ola bilməz"

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Rəvan"ın qonağı olan "Qəbələ" 1:0 hesablı qələbə qazanıb.


Movqee.az Goal.az-a istinadən xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan razı qaldığını bildirib: "Bizim xal itirməyə haqımız yox idi. İlk hissədə meydana uyğunlaşmağımız zaman aldı.  Bundan sonra oyunumuzu qura bildik.  Bu qələbəyə heç kimin şübhəsi ola bilməz. Oyunumuzun tam yaxşı alındığını deyə bilmərəm. Səhvlərimizdən nəticə çıxarırıq"

Sizin Reklam Yeriniz