Mətbuatda yayılan xəbərlərə görə, azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın "Lans" klubunu sata bilər.Movqe.az goal.az-a istinadən xəbər verir ki, indi "Lans"ı belçikalı biznesmenin alacağı bildirilir. Bu məsələyə aydınlıq gətirmək üçün Hafiz müəllimin özüylə danışdıq. "Bakı" klubunun da sahibi olan Məmmədov Goal.az saytına açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi:"Lans" klubunu sata bilərəm. Bu, biznesdir. "Lans"ı da biznes layihəsi çərçivəsində almışdıq və burada bəzi başqa məqamlar da vardı. Bizim "Lans"ı almağımız Fransadakı erməni diasporalarını çox narahat etdi. Qarşımızda çoxlu süni maneələr yaratmağa cəhd etdilər. Yenə deyirəm, bu, biznesdir. Biznesdə almaq da var, satmaq da. Mənə bildirdilər ki, klubu bir belçikalı almaq istəyir. Ancaq onların təklif etdikləri məbləğ olduqca azdır. Bu məbləğə "Lans"ı satmaq olmaz. Təklif daha yaxşı olsa, sata bilərik".