Əlaqə Arxiv
news Image
2016.02.23
17:45
| A A A
"Qəbələ" "Elit Kuboku"nun qalibi oldu

"Bakcell U-14 Elit Kuboku" turnirinə yekun vurulub.Movqe.az goal.az-a istinadən xəbər verir ki, turnirin final oyununda "Qəbələ" ilə "İnter" üz-üzə gəlib.


Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn "qırmızı-qaralar" bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn bölgə təmsilçisi ardıcıl ikinci dəfə kubokun sahibi olub.


Xatırladaq ki, yarışa A qrupunda başlayan "Qəbələ" Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, "Sumqayıt"ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

Sizin Reklam Yeriniz