Əlaqə Arxiv
news Image
2016.02.24
11:36
| A A A
Poqba xeyriyyəçi addım atıb

"Juventus"un oyunçusu Pol Poqba xeyriyyə işi ilə gündəmə gəlib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Bavariya" (2:2) ilə oyundan öncə fransalı yarımmüdafiəçi "Qırmızı Xaç Komitəsi"nə 100 min avro bağışlayıb. Bu vəsait Əfqanıstanda piyada əleyhinə minalarda yaralanan insanların müalicəsinə sərf olunacaq. Poqba Kabildəki reablitasiya mərkəzində müalicə alan xəstələrlə videoçat vasitəsilə əlaqə də saxlayıb.Qeyd edək ki, futbolçu bir müddət öncə UEFA-nın versiyasında "İlin komandası"na daxil edilmişdi.

Sizin Reklam Yeriniz