"Bayer Leverkusen"in məşqçisinə cəza
Bundesliqanın 22-ci turunda keçirilmiş "Bayer Leverkusen" - "Borussia" qarşılaşmasında referinin qərarına tabe olmayan Rocer Şmidtə cəza təyin olunub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Bayer"in baş məşqçisinə 5 oyun texniki zonada olmaq qadağası qoyulub. Şmidt eyni hərəkəti bir daha təkrarlasa, daha 2 oyun cəzalanacaq. Ona 20 min avro cərimə də kəsilib. Leverkuzen klubunun rəsmisi Rudi Föller isə 10 min avro cərimələnib.Qeyd edək ki, "Bay Arena"da keçirilən matçın 71-ci dəqiqəsində baş hakim Feliks Zvayerin qərarına əks gedib texniki zonanı tərk etməyən Şmidtə görə oyun 10 dəqiqə dayanmışdı.