Əlaqə Arxiv
news Image
2016.02.26
11:45
| A A A
Ümumdünya intellektual oyunlarıda 2 şahmatçımız iştirak edəcək

Fevralın  26-da Çinin   Huaian şəhərində  şahmat üzrə ümümdünya intellektual oyunları start götürəcək.Movqe.az goal.az-a itinadən  xəbər verir ki, dünyanın 16  güclü şahmatçılarının - Y.Tomaşevski (Rusiya), Din Lijen, Li  Çao,  Van Xao, Van Yue ( Çin),  V.İvancuk, R. Ponomarev ( Ukrayna),P.Xarikrişna (Hindistan),  Q.Sarqissyan, S.Movsesyan (Ermənistan), L.Dominges (Kuba), L.Fressine (Fransa), D.Navara (Çexiya),R.Voytajek (Polşa), iştirak etdiyi yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Rauf  Məmmədov təmsil edəcək.


Martın 03-dək davam edən yarışda, əvvəlcə, fevralın 26-27-də sürətli şahmat üzrə (isveçrə sistemi ilə 7 tur) turnir, sonra fevralın 28-dən   martın 01-dək   blits turnir, (2 dairədə) və nəhayət martın 02-i və 03-də (isvecrə sistemi 5 tur) idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparacaqlar .

Sizin Reklam Yeriniz