Əlaqə Arxiv
news Image
2012.11.27
11:42
| A A A
Mancini: Joze Mourinyo nə danışdığını bilmir

"Mançester Siti"nin İtalyan baş məşqçisi "Roberto Mancini" Portuqaliyalı baş məşqçi "Joze Mourinyo"nun ona qarşı mətbuatda dediyi sözlərə öz fikrini bildirdi.

"Mançester Siti" doğma meydanda "Real Madrid"lə heç-heçə oynadıqdan sonra Çempionlar Liqasının onaltıda bir mərhələsinə çıxmağ şansını itirdi.Qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin qarşısına çıxan Mourinyo İtalyan baş məşqçi haqqında və oyunla bağlı düşüncələrini bölüşmüşdü."Qrupdan çıxa bilməsəydim və Mancininin yerinə olsaydım ölərdim,klubda nə iş gördüyümü oturub fikirləşərdim."

Bu açığlamalara esəbləşən Mancini "Mourinyo mənim rəhbərim deyil,onun mənim haqda nə danışdığına fikir vermirəm.O hər yerdə nə danışdığını bilmir."

Jurnalistlərdən birinin "Mourinyo bu açıqlamaları qısqanclıqdan deyə bilərmi?" sualına "Düşünürəm ki,ola bilər.Mən burda 20 il işləməyi fikirləşmirəm,hələlik burdayam və işlərimiz elə də pis getmir." deyərək cavab verdi.

Mancini onu da qeyd edib ki,"klubun rəhbərliyi baxmayaraq biz Çempionlar Liqasının növbəti mərhələsinə keçə bilmədik, çox anlayışlı davrandı."Real Madrid" "Bayerin Münhen" "Mançester Yunayted" kimi nəhəg kulublara baxanda bizim çox nailiyyətlərimiz yoxdu.Tarixə nəzər salsaq "Mançester Siti" 35 il olardı ki,heç bir uğur əldə etməmişdi.Son 2 ilə baxanda isə bu komanda 3 kubok qazanıb."

Sizin Reklam Yeriniz