Əlaqə Arxiv
news Image
2012.11.29
10:09
| A A A
Ziko istefa etdi

Bir vaxtlar Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi olan Artur Ziko İstanbul təmsilçilərini UEFA Çempionlar Liqasının 4/1final mərhələsinə kimi aparıb çıxartmışdı.

Əfsanəvi Brazilya futbol mütəxəssisi sonradan 2011-ci ilin Avqust ayından İraq Millisinin baş məşqçisi kimi çalışmaq üçün təklif aldı. Ziko bu təklifi qəbul etdi, İraq Futbol Federasiyası ilə Brazilya mütəxəssisi arasında bütün detallar razılaşdırıldı və tərəflər hər bir məsələdə razılığa gəlmişdilər.

Artur Zikonun internet sayıtlarının birində verdiyi məlumata görə, öz vəzifəsindən istefa edib. Bu barədə FİFA və İraq Millisinə məlumat verib. Braziliyalı futbol mütəxəssisi "Qloboesporte" qəzetinə verdiyi açıqlamasında "Belə bir stresin olduğu yerdə qala bilmərəm, sağlamlığıma diqqət etməliyəm. "İraqın uşaq futbol məktəbinin və gənc oyunçularının yetişməsində çatışmazlıq olduğunu və ən əsası maaşların vaxtı-vaxtında verilməməsini də xüsusi olaraq qeyd edib. Mono Menezesin Brazilya Millisinin baş məşqçilik postundan qovulduqdan sonra, Zikonun istefası bəzi dedi-qodular yaradıb. Gəzən söz-söhbətlərə görə Zikonun istefasının əsil səbəbi Brazilya yığmasını çalışdırmaqdır və ona görə də təcrübəli mütəxəssis bu addımı atıb.

Sizin Reklam Yeriniz