Əlaqə Arxiv
news Image
2016.04.12
11:20
| A A A
AFFA “Azərsun Holdinq”lə sponsorluq müqaviləsi imzaladı - Fotolar

Bu gün "Azərsun Holdinq"in nəzdindəki Azərsun Akademiyasında "Azerçay" brendinin UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın sponsoru olması ilə bağlı müqavilə imzalanıb. 


Movqe.az xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və "Azersun Holdinq"in baş direktoru Savaş Uzan imzalayıblar.

Müqavilə imzalandıqdan sonra hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.

 

Savaş Uzan: "Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirlər "Azersun Holdinq" olaraq bizi sevindirir. Çünki bu cür tədbirlər həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacibdir. Azerçay brendi indiyə qədər bir sıra yerli və beynəlxalq yarışlarda təmsil olunub. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 önəmli futbol turnirlərindən biridir və inanıram ki, bu idman yarışı yüksək səviyyədə təşkil olunacaq, ölkəmizə gələn qonaqlar məmnun qalacaqlar. "Azersun Holdinq" və Azerçay-Doğma çay brendi olaraq bu böyük tədbirin ən gözəl şəkildə təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik".

 

Elxan Məmmədov: "Azersunq Holdinq"in ölkəmizdə təşkil olunacaq Avropa çempionatına xüsusi diqqətlə yanaşması təqdirəlayiq haldır. Təşkilati işlərdə bizə dəstək verdiyi üçün "Azersun Holdinq"ə AFFA-nın rəhbərliyi adından təşəkkür edirik. Bilirik ki, Azerçay çox tanınmış brendlərdən biridir və bu brendin Azərbaycanda keçiriləcək U-17-lər arasında Avropa çempionatında bizimlə birgə olması çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq".(goal.az)

Sizin Reklam Yeriniz