"Formula 1" yarışlarına etiraz davam edir
Mövqe.az xəbər verir ki, Bəhreyndə iğtişaşlar yenidən başalayıb.
Ölkədə "Formula 1" Qran Pri avtomobil yarışının keçiriləcəyinə
etiraz edən müxalifət tərəfdarları dünən yenidən küçələrə
axışıblar. Paytaxt Manamada Böyük Britaniya səfirliyinin
yaxınlığında kütləvi nümayiş iğtişaşlara çevrilib. Polis
nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, nümayişlərdə "Formula 1" yarışının Bəhreyndə keçirilməsinə etirazla yanaşı, ölkə rəhbərliyindən siyasi və demokratik islahatların keçirilməsi tələbi də ifadə olunub.
Nuranə Novruzova
Qeyd edək ki, nümayişlərdə "Formula 1" yarışının Bəhreyndə keçirilməsinə etirazla yanaşı, ölkə rəhbərliyindən siyasi və demokratik islahatların keçirilməsi tələbi də ifadə olunub.
Nuranə Novruzova