Əlaqə Arxiv
news Image
2012.12.14
20:18
| A A A
İspaniya Kral Kubokunda "Azərbaycan"
İspaniyanın "Atletico" (Madrid) klubu növbəti dəfə meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxıb. Azerisport.az xəbər verir ki, madridlilər bu dəfə "Getafe"yə qarşı keçirilən İspaniya Kubokunun 1/8 final mərhələsinin ev oyununda ölkəmizi reklam ediblər. Bu görüş 3:0 hesabıyla madridlilərin xeyrinə başa çatıb.
Xatırladaq ki, bundan öncə "Atletico" "Real" (Madrid) və "Deportivo" ilə görüşlərdə də eyni formanı geyinmişdi. Bu aksiya Madrid təmsilçisinin "Bakı" ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. "Atletico" qarşıdan gələn "Barcelona" ilə La Liqa oyununa da eyni forma ilə çıxmalıdır. Sözügedən qarşılaşma dekabrın 16-da keçiriləcək və "Nou Kamp"da baş tutacaq.

Sizin Reklam Yeriniz