Əlaqə Arxiv
news Image
2012.12.16
14:10
| A A A
Devid Bekhem növbəti olimpiadada iştirak etmək istəyir

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem yenidən diqqət mərkəzinə düşüb. "Tribalfootball.com"a danışan ingilis futbolçu növbəti olimpiya oyunlarında iştirak etmək istədiyini bildirib. "London-2012"də Böyük Britaniya millisinə çağırılmayan Behkem 2016-cı ildə Braziliyada keçiriləcək olimpiadada iştirak edəcəyinə ümid edir. Bekhem o vaxta qədər formada qalmaq və baş məşqçi Stüart Pirsin diqqətini çəkmək üçün əlindən gələni edəcəyini vurğulayıb. Qeyd edək ki, 2016-cı ildə Bekhemin 41 yaşı olacaq. Onun Böyük Britaniya millisinə çağırılıb - çağırılmayacağı böyük maraq doğurur.

Sizin Reklam Yeriniz