Bakıdakı Avropa Qran-Prisində ilk qəza xəbəri
Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib.Movqe.az goal.az-a istinadən xəbər verir ki, hadisə trekin 15-ci döngəsində yaşanıb. "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb. Qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb.