Əlaqə Arxiv
news Image
2012.12.20
13:26
| A A A
"Onlar "Barselona" üslubunda oynayırlar"

"Bavariya" Almaniyanın ən yaxşı klubudur. Heyətində güclü futbolçular var ki, bunlar da bütün mövqelərdə yer alıb". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Vətəni Almaniyanın Çempionlar Liqasında çıxışını davam etdirən 3 klubu haqda fikirlərini açıqlayan Foqts "Bavariya"nı yarışın favoritlərindən sayır: "Münhen təmsilçisi 10-15 futbolçudan deyil, 20, hətta deyərdim ki, 24-25 səviyyəli futbolçudan təşkil olunub. Onların hər biri Avropa klublarında oynamaq iqtidarındadır. Almaniya yığmasının özəyini təşkil edən komanda hələ ötən mövsüm Çempionlar Liqasını qazanmalı idi. Lakin "Çelsi"yə məğlubiyyət onlar üçün yaxşı dərs oldu".

Foqts daha sonra Dortmund "Borussiya" və "Şalke" barədə də danışıb: ""Borussiya"ya gəlincə, əsasən gənclərdən təşkil olunan bu komanda Avropanın ən yaxşı məşqçilərindən birinə malikdir. Həm də "Barselona" üslubunda oynayır. Bu üslubun alman futbolu ilə sintezinin nə göstərdiyini isə qrup mərhələsində hamımız gördük. "Bavariya" və "Borussiya" kimi səviyyəli oyunçulara malik olmasa da, "Şalke" də yaxşı komandadır. Hər halda, pley-offa layiq olmasaydı, 1/8 finala çıxmazdı".

Foqts vaxtilə çalışdığı Şotlandiyanın təmsilçisi "Seltik"i də dəyərləndirib: "Seltik"in nəticələrinə isə təəccüblənmirəm. Bu mövsüm imza atdığı nəticələr Şotlandiya futbolu üçün vacibdir. 1/4 finala çıxa bilər. Lakin bu, onların "Bavariya" və ya "Borussiya" ilə düşüb-düşməməyindən asılıdır".  

Sizin Reklam Yeriniz